Braziliyanın Marlon adlı azyaşlı sakini Azərbaycan əsgərlərinə məktub yazıb.
Unikal.org xəbər verir ki, azyaşlı Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlarla maraqlanıb.
Marlon ordumuzun torpaqlarımız uğrunda apardığı döyüşlərdə iştirakına dəstək üçün hərçilərimizə üzərində Azərbaycan bayrağının rəsmi və ürək sözləri olan məktub göndərib. Marlon əsgərlərimizə həmçinin yığdığı xərcliyini də göndərib və xahiş edib ki, həmin pula onlara şirniyyat alınsın.
Əsgərlərimiz öz növbəsində azyaşlı braziliyalıya minnətdarlıq ediblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsindən sonra Marlonu Qarabağa dəvət edəcəklərini söz veriblər.