Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanıb.
Unikal.org Erməni KİV-ə istinadən xəbər verir ki, Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.
"O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm", - Mejlumyan deyib.
Daha əvvəl Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.