Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.
DİN-in Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, bu barədə xəbər həqiqəti əks etdirmir.
"Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.
Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.
O ki, qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır".