“Qəbələdəki XII əsrə aid Müqəddəs Məryəm Kilsəsi tam təmir edilib və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Təmirə bir müddət əvvəl Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Azərbaycanın işğal edilmiş torpaqlarındakı bütün kilsələr və məscidlər də bərpa olunacaq”.
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.