"Bu gün Azərbaycan tarixinin zəfər və tarixə qızıl hərflərlə yazılmış günlərindən biridir. Ali Baş Komandamız, Prezident İlham Əliyev Şuşanın düşmən tapdağından, terrorçulardan, erməni vandallarından azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətində qeyd etdi. Çox qürurverici haldır ki, bu gün cənab Prezidentimiz ölkənin birinci vitse-prezidenti Mehriban xanımla birlikdə ulu öndərimizi, şəhidlərimizi ziyarət elədi. Dövlət başçımız xalqa müraciətində şəhidlərin qanının alındığını və bundan sonra da alınacağını bildirdi".
Bu barədə Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib. C. Osmanov bu günün xüsusi əhəmiyyət ksəb etdiyini də qeyd edib:
"Ulu öndərin vəsiyyətini bu gün Azərbaycan həyata keçirdi. Cənab Prezident özü də qeyd etdi ki, mən çox şadam ki, atamın mənə olan vəsiyyətini həyata keçirdim. Azərbaycan xalqının gözü aydın, təbrik edirəm. Bu gün Azərbaycan xalqı Ali Baş Komandamız ətrafında, ordumuz ətrafında sıx birləşərək qalibiyyət əldə edə bildi. Daha qüdrətli Azərbaycan üçün bu birliyi, həmrəyliyi hər zaman qorumalıyıq. Dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilək və bu birliyimizi hər zaman bütün dünyaya nümayiş etdirək.
Eyni zamanda, bu gün çox gözəl bir haldır ki, 50 siyasi partiya cənab Prezidenti həm təbrik etdilər və həm də onun ətrafında olmaqlarını bəyan etdilər. Bu bir daha göstərir ki, bütün siyasi partiyalar ölkə prezidentinin ətrafında sıx biləşib. Bu vəhdət , bu birlik də şübhəsiz ki, bizi növbəti qələbələrə, növbəti zəfərlərə aparacaqdır".
Hüseyn İsgəndərov