Lavrov Azərbaycana nə gətirir?
02:28 03-04-2012
CƏMİYYƏT
Lavrov Azərbaycana nə gətirir?
Həmsədrlər də bir araya gəlməli oldu
Rusiya XİN rəhbəri Sergey Lavrovun artıq regiona səfəri başlayıb. Səfər öncə Ermənistanda, daha sonra isə Azərbaycanda ölkə rəhbərliyi ilə görüşlərlə davam edəcək.
Maraqlıdır, Rusiya gözlənilmədən yenidən niyə aktivləşdi?
Ekspertlər bildirir ki, bunun bir sıra ciddi səbəbləri var. İlk növbədə ona görə ki, Vladimir Putin yenidən prezident seçildi və bu günkü səfərlə Putinin strateji planlarının həyata keçirilməsi imkanları araşdırılır. Xatırladaq ki, seçkilərdən əvvəl Putin MDB məkanında Azad İqtisadi Zona yaratmaq təşəbbüsü ilə çıxış etmişdi və bir sıra dövlətlərlə razılıqda əldə olunmuşdu. Amma Azərbaycan bu təklifə ciddi yanaşmayıb.
Ekspertlərin fikrincə, Putin prezident seçkilərini gözləyirdi və hazırda qələbə qazanandan sonra bu ideyanın reallaşmasına başlayacaq. Bu səbəbdən hesab edilir ki, ilk növbədə Putin Ukrayna, Gürcüstan və Azərbaycana təzyiq etməyə çalışacaq.
Hesab edilir ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri Azərbaycana bununla bağlı Rusiyanın təkliflərini təqdim edəcək.
Rusiyanın bölgədə aktivləşməsinin başqa bir səbəbi isə İranla bağlıdır. Son bir neçə ay ərzində İran-Azərbaycan münasibətləri nə qədər gərginləşdisə, İsrail-Azərbaycan münasibətləri də bir o qədər qaydaya düşüb və hazırda strateji müttəfiqlik səviyyəsindədir. Bu isə, sözsüz ki, Rusiyanı narahat etməyə bilməz. Çünki bir tərəfdən İsrail Azərbaycan vasitəsi ilə regionda güclənir. Digər tərəfdən isə İran üçün təhlükə ciddiləşir.
Putin dəfələrlə bəyan edib ki, Rusiya İranda mövcud rejimin dəyişməsinə imkan verməyəcək. Elə bu səbəbdən də Rusiya imkanlarını səfərbər edərək yenidən nüfuzunu bərpa edir.
Ekspertlər hesab edir ki, bu məsələdə də Rusiya və Azərbaycan arasında gərginliklər arta bilər. Səfərin məhz indiki məqamda olmasının isə başqa bir özəlliyi Azərbaycan və Ermənistanın seçkilərə hazırlaşması ilə bağlıdır. Çünki bu günə qədər Rusiya regionda öz nüfuzunu saxlaya bilib və possovet ölkələrində keçirilən seçkilərə Rusiyanın bir başa təsir etmə imkanları var. Çox böyük ehtimal ki, görüşdə seçkilər məsələsidə müzakirə ediləcək. Ekspertlər hesab edir ki, Rusiya seçki kartından istifadə etməklə Qəbələ RLS-də Azərbaycanın razılığını ala biləcək.
Nəhayət, səfər zamanı ciddi müzakirə mövzularından biri də Dağlıq Qarabağ problemi olacaq. Hazırda hər iki ölkədə seçkilərə hazırlıq getdiyi üçün danışıqlar arxa plana keçib. Bu isə hər zaman müharibənin olması təhlükəsini artırır. Buna görə də Rusiya məsələyə daha həssas yanaşır və çox güman ki, süni şəkildə olsa da, bir intensivlik yaradılacaq.
Həmçinin son bir neçə ay ərzində ATƏT-in Minsk qrupu ciddi şəkildə nüfuzunu itirib və bu da dolayı yolla Avropanın bütövlükdə regiondakı nüfuzuna zərbədir. Rusiya isə yaranmış şəraitdən istifadə edərək Avropanın və ABŞ-in regiona müdaxiləsini heçə endirməyə çalışır. Maraqlı məqamlardan biri isə budur ki, bu səfərdən sonra ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
"Çox güman ki, aprelin son həftəsində isə Londonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüm olacaq. Görüşdə həmsədrlərlə Ermənistanda bu il keçiriləcək seçkiləri müzakirə edəcəyəm".
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
XİN başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun qorunub saxlanması yolverilməzdir: "Bu fikir son bəyanatda da öz əksini tapıb. Seçkilərin keçirilməsi o demək deyil ki, danışıqlar uzanacaq. Danışıqlar davam edir, həmsədrlər regiona səfər edəcək və yay üçün iş planı tərtib edəcəklər".
Ekspertlər hesab edir ki, belə bir görüşün planlaşdırılması isə Lavrovun səfəri ilə bağlıdır. Hesab edilir ki, çox ehtimal ki, Lavrov hansısa təkliflərlə gəlir və həmsədrlər bu səbəbdən bir araya toplaşmağı qərarlaşdırıb. Bunu da nəzərinizə çatdıraq ki, son günlər ATƏT-in Minsq qrupunun yeni təklif hazırladığıda bildirilir. Bu təklifdə isə bildirilir ki, Laçın və Kəlbəcər istisna olmaqla digər ətraf rayonlar geri qaytarılsın.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35