"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" pilotu Lüis Hemilton koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, 35 yaşlı sürücünün testi müsbət nəticələnib.
Hemilton bu səbəbdən həftəsonu keçiriləcək Bəhreyndə keçiriləcək Qran-prini buraxacaq.
Qeyd edək ki, Lüis Hemilton karyerasında 7-ci dünya çempionluğunu rəsmiləşdirib.