İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu və baş məşqçisi adına namizədlər bəlli olub.

Unikal.org xəbər verir ki, yarışın təşkilatçıları bu mükafata 6 oyunçu və 4 çalışdırıcı seçib.

Futbolçulardan Ben Kiluell (“Çelsi”), Bruno Fernandeş (“Mançester Yunayted), Cek Qriliş (“Aston Villa”), Pyerr-Emil Hoybyerq (“Tottenhem”), Angelo Oqbonna (“Vest Hem”) və Ceyms Uord-Prouse (“Sauthempton”) ən yaxşı olmağa iddialıdır.

Baş məşqçilərdən isə Joze Mourinyo (“Tottenhem”), Frenk Lempard (“Çelsi”), David Moyes (“Vest Hem”) və Ole-Qunnar Sulşer (“Mançester Yunayted”) fərdi mükafata yiyələnmək niyyətindədir.

Premyer Liqanın rəsmi saytında aparılan səsvermə dekabrın 7-də başa çatacaq.