Azərbaycan gənclərinin IX Forumu çərçivəsində Qarabağ zonası üzrə toplantı keçirildi.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Unikal.org-a verdiyi məlumata görə, dekabrın 9-da keçirilən Qarabağ zona toplantısı "Biz Birlikdə Güclüyük!" şüarı altında onlayın formatda baş tutub. Toplantıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Könül Nurullayeva, Azərbaycan Gənclər Fondunun nümayəndisi Vusalə Niftəliyeva iştirak ediblər. Qarabağ zonasına daxil olan rayonlardan 400 nəfərdən artıq gəncin iştirakı ilə keçirilmiş zona toplantısında  Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov çıxış edərək,    Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin tarixi qələbəsi,  ölkəmizin regional güc mərkəzinə çevrilməsi,  “Böyük Qayıdış”da gənclərin vəzifələri, düşmən tapdağından azad edilmiş ərazilərdə məskunlaşma, yenidənqurma işlərində gənclərin müstəsna rolundan danışıb. Zona toplantısında Qarabağ zonası üzrə Azərbaycan Gənclərinin IX Forumunun Respublika toplantısında iştirak edəcək 70 nəfər nümayəndə seçilib.  Görüş  zona toplantısı adından Qətnamənin qəbulu ilə başa çatıb.
Qeyd edək ki, toplantı Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.