Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbçilərin ailələri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Unikal.org xəbər verir ki, etirazçılar Müdafiə Nazirliyinin binası qarşısında toplaşaraq rəhbərliklə görüş tələb ediblər.
İtkin düşən ermənilərin yaxınları yerli mediaya verdikləri açıqlamada deyiblər ki, artıq uzun müddətdir bu cür aksiyalar keçirsələr də, onlara əzizləri haqqında dəqiq məlumat verən yoxdur.