Formula 1 üzrə dünya çempionatının ilin ən yaxşı pilotu müəyyənləşib.

Unikal.org çempionatın rəsmi saytına istinadla xəbər verir ki, komandaların rəhbərləri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, ilk pilləyə yeddiqat dünya çempionu “Mercedes”in britaniyalı pilotu Luis Hamilton layiq görülüb. O, klub rəhbərlərindən 171 xal toplayıb.

İkinci sırada 156 xalla “Red Bull Racing”in pilotu Maks Ferstappen yer alıb. “Ferrari” komandasının monakolu Şarl Lekler (132 xal) isə üçüncü olub.

Səsvermənin nəticələrinə əsasən digər pillələrdə müvafiq olaraq Daniel Rikkardo (“Maklaren”, 95 xal), Serxio Peres (“Racing Point”, 82 xal), Corc Rassel (“Uilyams”, 75 xal), Lando Norris (“Maklaren”, 45 xal), Karlos Sayns (“Ferrari”, 37 xal), Valtteri Bottas (“Mercedes”, 27 xal) və Pyer Qasli (“Maklaren”, 27 xal) qərarlaşıblar.