Transfer pəncərələrində Avropanın müxtəlif klublara keçəcəyi ilə bağlı şayiələr yayılan, lakin sonda “Qarabağ”dan başqa heç bir komandaya lazım olmayan Mahir Emrelinin “Şturm” variantının da uydurma olduğu üzə çıxıb.
Unikal.org-un məlumatına görə, Avstriya təmsilçisinə keçəcəyi iddia edilən Azərbaycan millisinin futbolçusu Bundesliqa klubunun da planlarına daxil deyil.
Bunu Qrats klubunun idman direktoru Andreas Şiker deyib. O, “Şturm”un futbolçusu Bekim Balayın Türkiyə klublarından birinə keçəcəyinə, Azərbaycandan oyunçu alacaqlarına münasibət bildirib: “Bu, tam cəfəngiyatdır. Bekim Türkiyəyə getmir. Biz də yeni futbolçu üçün heç bir kluba rəsmi sorğu göndərməmişik”.
Qeyd edək ki, Mahirin Polşa, Avstriya və digər ölkələrdən təkliflər aldığı barədə şayiələr yayılıb.