Bakıda keçirilməsi planlaşdırılan, amma koronavirusa görə təxirə salınan batut gimnastikası və tramblinq üzrə dünya kubokunun yeni tarixi açıqlanıb.

Unikal.org xəbər verir ki, turnir bu il 18-21 noyabrda keçiriləcək. Bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FIG) məlumat yayıb.

Azərbaycan paytaxtında yaş qrupları üzrə yarış isə 26-29 noyabrda keçiriləcək.

Batut gimnastikası və tamblinq üzrə dünya kuboku bu il 13-14 fevralda keçirilməli idi.