Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Unikal.org-a bildirilib ki, 10 şagirin hərarəti 37 dərəcədən yuxarı olub.

Virusa yoluxmuş ibtidai sinif şagirdlərinin (I-IV sinif ) sayı 2-dir.

Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.

Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxan qeydə alınmayıb.

Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.