Müğənni Zamiq Hüseynov oğlu Zeydin sosial şəbəkədə yayımladığı videosundan danışıb.
Unikal.org xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" proqramında sosial şəbəkədə buna görə tənqid olunduğunu bildirib.
Videoda övladını yatması üçün Zamiqlə qorxudulmasına ifaçı belə reaksiya verib: "Övladımla bağlı ikinci dəfədir nəsə paylaşırdım. Bir dəfə fotosun qoydum, indi də videosunu. İstədim izləyicilərə pozitiv ab-hava ötürüm. Uşaq yatmaq istəməyəndə onu mənim adımla qorxudurlar. Bir-iki dəfə olub ki, yatmayıb, gedib qapıda "Yat" deyib qışqırmışam. Bu da onun yadında qalıb. İnsanlar yazırlar ki, uşağın üstünə qışqırmaq olar? Onu o qədər sevirəm ki, üstünə qışqırmaram. Ətrafımda bir-iki dostumun, qohumlarımın övladı var ki, onları da mənim səsimlə qorxudub yatızdırırlar. Hətta səsimi telefona yazıblar, onu eşitdirib yatızdırırlar. Bəzən bir-iki uşaq olub video çəkib atmışam ki, "Yenə yatmırsan?".