Çempionlar Liqasında mövsümün son püşkü atılıb.
Unikal.org-un məlumatına görə, tədbirdə 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.
Öncə 1/8 final səddini adlayan komandalar 4 cütlük təşkil edib. Ardınca yarımfinalda qalibləri üz-üzə gələcək cütlər müəyyənləşib. Finalın nominal meydan sahibinin də adına püşk aydınlıq gətirib.
Çempionlar Liqası
1/4 final (6/7 – 13/14 aprel)
1. “Mançester Siti” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)
2. “Porto” (Portuqaliya) - “Çelsi” (İngiltərə)
3. “Bavariya” (Almaniya) - PSJ (Fransa)
4. “Real” (İspaniya) - “Liverpul” (İngiltərə)
1/2 final (27/28 aprel – 4/5 may)
5. 3-cü cütün qalibi - 1-ci cütün qalibi
6. 4-cü cütün qalibi - 2-ci cütün qalibi
Final (29 may)
5-ci cütün qalibi - 6-cı cütün qalibi
Qeyd edək ki, turnirin final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.