Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat yayıb.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yığmanın zalda məşq etməsinə icazə verib.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra Bakıda Yunanıstanla qarşılaşacaq. Komandamız əvvəlki oyunlarından maksimum nəticə ilə ayrılıb və artıq qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.