Qadın sörfinqçi Ketrin Dias məşq vaxtı ildırım vurmasından ölüb.

Unikal.org xəbər verir ki, faciəvi hadisə Salvadordakı El-Tunko çimərliyində baş verib. İldırım çaxdığı vaxt Dias suda olub. 22 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ketrin Dias Salvador Sörfinq Federasiyasının prezidenti Xose Diasın qızı olub. İdmançı Ümumdünya Oyunlarına hazırlaşırmış.