Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org  xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Bakı prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən Şıxlar kənd sakini, 1962-ci il təvəllüdlü Xasıyev Hacıağa Abdulvahab oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.