Gədəbəy rayonunda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,hadisə rayonun Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Məmmədov Ayxan və onun qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.