Göygöl rayonunun Quşqara kəndində, körpünün altında meyit aşkarlanıb.

Unikal.org xəbər verir ki, meyiti aşkarlanan Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb.

Meyit tanınmaz hala düşdüyündən ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.