Cəbrayıl və Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Unikal.org  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla da noyabrın 13-dən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar zamanı meyiti tapılan ermənilərin sayı 1 523 nəfərə çatıb. Axtarışlar yaxın günlərdə davam etdiriləcək.