Şabranda 21 yaşlı hamilə qadın zəhərlənərək ölüb

Unikal.org  xəbər verir ki, hadisə rayonun Ceyranlı kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Yusifova Məleykə Vahab qızı zəhərlənərək dünyasını dəyişib.  

İlkin araşdırma zamanı dünyasını dəyişən M.Yusifovanın hamilə olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.