Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.