Türkiyə Super Liqasına təyinat alan futbol hakimlərindən biri koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Xəbərdə, koronavirus testi pozitiv çıxan hakimdə simptom görünmədiyi, lakin karantinə alındığı diqqətə çatdırılıb.
10 günlük təcrid olunan referinin kimliyi açıqlanmayıb.