“Mançester Yunayted” azarkeşləri uğursuz layihə olan Avropa Superliqasına qoşulduğu üçün rəhbərliyə etirazını fərqli formada edib.
Unikal.org-un məlumatına görə, bir neçə fanat klubun bazasının hər iki girişini bağlayıb. Onlar bununla “qırmızı şeytanlar”ın səhmlərinə sahib olan qleyzerlər ailəsinə etirazını bildirib. Yalnız baş məşqçi Ole Qunnar Sulşer və onun köməkçiləri ilə söhbət etdikdən sonra azarkeşlər oranı tərk ediblər.
Qeyd edək ki, İngiltərənin digər klubu “Liverpul” azarkeşləri də etiraz kimi “Enfild Roud” stadionun qarşısına plakat asmışdılar.