Azərbaycan Kikboksinq Federasiyasında (AKF) daha bir təyinat gerçəkləşib.
Unikal.org-un xəbərinə görə, kikboksinq üzrə dünya və Avropa çempionları Eduard Məmmədov da federasiyanın İdarə Heyətinin sədr müavini təyin olunub.
Həmçinin, Eduard Məmmədov bundan sonra yığma komandada baş məşqçinin köməkçisi kimi də fəaliyyət göstərəcək.
AKF-nın İdarə Heyətinin sədri, Milli Məclisin vitse-spikeri Adil Əliyevdir.