“Avropa Superliqasını yaratmaq üçün 25 il gözlədilər, amma cəmi 48 saata bitdi”.
Unikal.org-un məlumatına görə, bunu İspaniya La Liqasının rəhbəri Xavyer Tebas deyib.
12 klubun iştirakı ilə Avropa Superliqası layihəsinin yarandıqdan cəmi iki gün sonra fəaliyyətini dayandırmasına münasibət bildirən Tebas FİFA prezidenti Canni İnfantinonun bu məsələdə ikili oynadığını düşünür: “İnfantinonun münasibəti məni qayğılandırır. İddialı və sərt danışdı, amma Superliqa ilə bağlı həqiqətlər dediyi kimi deyil. Superliqa iştirakçıları İnfantinonun onlara dəstək verdiyini bildirirdilər. Açığı, İnfantino ilə bağlı çox ciddi şübhələrim var”.
Qeyd edək ki, İspaniyanın 3 klubu – “Real”, “Barselona” və “Atletiko” Superliqada iştirak etmək niyyətində idi.