“Milan” azarkeşlərinin müqaviləmi uzatmağıma münasibətinin müsbət olacağını düşünürəm”.
Unikal.org xəbər verir ki, bunu İsveç millisinin və İtaliya “Milan”ının futbolçusu Zlatan İbrahimoviç deyib.
Oktyabrda 40 illik yubileyini qeyd edəcək hücumçu klubu ilə yeni müqavilə barədə fikirlərini açıqlayıb: “Mənim bura gəlməyimə qədər kimlərinsə şübhələri var idisə belə, sübut etdim ki, yaşın heç bir əhəmiyyəti yoxdur. Hər şey mentalitetdədir. Mən həmişə kamilləşmək, gücüm çatan hər şeyi etmək istəyirəm. Sadəcə fiziki cəhətdən özümü yaxşı hiss etmək və bacardığımı göstərmək gücündə olmalıyam”.
Qeyd edək ki, Zlatan “Milan”la müqaviləni növbəti mövsümün sonunadək uzadıb.