Türkiyənin "Fənərbağça" klubunda prezident seçkilərinin vaxtı açıqlanıb.
Unikal.org-un məlumatına görə, proses 29-30 mayda baş tutacaq.
Kifayət qədər səs çoxluğu əldə edilməsə, 5-6 iyunda da səsvermə olacaq. Ümumilikdə 28 min 528 nəfər seçkidə iştirak hüququna malikdir.
Qeyd edək ki, "Fənərbağça"nın hazırkı prezidenti Ali Koç bu vəzifəyə 2018-ci ildə seçilib.