Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin qrup mərhələsinin son turları keçirilir.
Unikal.org xəbər verir ki, 13-cü turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edib. Ş.Məmmədyarov son iki oyununu Norveç təmsilçiləri Yoxan-Sebastyan Kristyensen və Maqnus Karlsenə qarşı keçirəcək.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə qrup mərhələsinin oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.