İtaliyanın "Yuventus" klubu Rusiya "Rubin"inin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanı 20 milyon avroya almağa hazırdır.
Unikal.org İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi bu məbləği cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ödəyəcək.
Bildirilir ki, "Milan" Kvaratsxeliya ilə mübarizədə "Yuventus"u geridə qoyur. "Qırmızı-qaralar" 20 yaşlı yarımmüdafiəçinin agenti ilə daimi təmasdadırlar. İstedadlı oyunçu ətrafındakı vəziyyəti "Napoli" və Almaniyanın "Borussiya" (Dortmund) klubları da izləyir.
Qeyd edək ki, Xviça Kvaratsxeliya "Rubin"ə 2019-cu ildə "Rustavi"dən keçib. Bu mövsüm gürcüstanlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2019-cu ildən Gürcüstan millisinə çağırılır.
Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.