Uzunluğa tullanma üzrə Avropa çempionu Marina Bex-Romançuk bərpa toplanışına start verib.
Unikal.org-un məlumatına görə, ukraynalı atlet Türkiyədə bərpa olunur.
Bu məqsədlə Antalyaya üz tutan Marina bərpa məşqləri ilə yanaşı istirahətə də vaxt tapıb. Antalyada çimərlik geyimində çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.
Marina paylaşımında Türkiyənin gözəlliyindən də söz açıb:
“Hər gün Türkiyəni müxtəlif tərəfdən kəşf edirəm. Möhtəşəm yerdir. Məni emosiyalarla zənginləşdirir”.