AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Unikal.org-un məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIV turunda və Azərbaycan kubokunun ilk yarımfinal görüşlərində baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
Çempionatın “Səbail”lə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Keşlə” 800 manat cərimə olunub.
“Zirə” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu xəbərdarlıq aldığından klub 800 manat ziyana düşüb.
“Keşlə” və “Zirə” arasında kubok görüşündə qonaqlar stadiona gələrkən gecikdiyi üçün 800 manat ziyana düşüb.