"Liverpul" 2019/2020 mövsümündə əldə etdiyi gəlirləri açıqlayıb.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun ümumi gəliri 43 milyon azalaraq 490 milyon funt sterlinq olub. Buna ötən il pandemiya səbəbindən Premyer Liqada məcburi fasilənin yaranması və matçların azarkeşsiz keçirilməsi səbəb olub.
Qeyd edək ki, Mersisayd təmsilçisinin media gəlirləri 59 milyon funt sterlinq azalaraq, 202 milyon funt, matç gəlirləri 71 milyon funt sterlinq, yeni əməkdaşlıq müqavilələri sayəsində kommersiya gəlirləri 217 milyon funt sterlinq təşkil edib.