UEFA 2020/2021 mövsümündən qadın futbol klublarına ödənişləri 4 dəfə artıracaq.
Unikal.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, qadınlar arasında Çempionlar Liqasındakı (ÇL) format dəyişikliyindən sonra baş verəcək.
Yeni mövsümdən ödənişlərin ümumi məbləği 24 milyon avro təşkil edəcək. Bu məbləğin 23 faizi aparıcı liqalardan turnirə vəsiqə qazana bilməyən klublara həmrəylik ödənişi kimi veriləcək. Vəsait qadın futbolunun inkişafı üçün istifadə olunmalıdır.
Qeyd edək ki, yeni qaydalara görə, qrup mərhələsində oynayan komandalar minimum 400 000 avro qazanacaqlar. Qalib turnir boyu nəticələrə görə 1,4 milyon avroyadək qazanacaq. Qalib isə turnir boyu göstərdiyi nəticələrə əsasən, 1,4 milyon avroya qədər gəlir əldə edə bilər.