Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 final görüşləri keçirilir.
Unikal.org xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
Görüş azərbaycanlının üstünlüyü ilə keçsə də, iki qarşılaşmadan sonra bərabərlik hökm sürür.
Qeyd edək ki, daha bir həmyerlimiz Şəhriyar Məmmədyarov da 1/4 finala vəsiqə qazanıb. İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşan “Şah” rəqibilə sülh bağlayıb.
Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilir.
Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi 8 500 dollar qazanacaq (oxu.az).