UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Unikal.org-un məlumatına görə, bu raundun ilk oyunu İspaniyada "Real Madrid"lə İngiltərənin "Çelsi" komandası arasında baş tutub. "Alfredo Di Stefano" stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.
Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.
Çempionlar Liqası, yarımfinal
İlk oyun
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Kərim Benzema, 29 - Kristian Pulişiç, 14