Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.
Unikal.org xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FIDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib.
Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.
Teymur Rəcəbovla Maqnus Karlsen arasında görüş isə davam edir. Hazırda sonuncu - 4-cü partiya oynanılır. İlk 3 oyundan sonra Rəcəbov 1:2 hesabı ilə uduzur.