Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Ronaldonu ona təcavüz etməkdə günahnlandırılan amerikalı model Ketrin Mayorqa kompensasiya tələb edib.
Unikal.org-un məlumatına görə, o, ümumilikdə 56,6 milyon funt sterlinq tələb edir.
Bunun 18 milyonu keçmişdəki ağrı-acılara, 18 milyonu gələcəkdə onu rahat buraxmayacaq ağrı-acılara görədir. Ronaldo daha 18 milyonu cərimə sanksiyası kimi ödəməli, Katrinin məhkəmə müddətindəki 2,6 milyonluq xərclərini də qarşılamalıdır.