“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində Fransanın PSJ komandasına qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, qələbə qazandıqları oyunu belə şərh edib:
“Kilian Mbappe, Neymar və Anxel Di Mariyaya qarşı oynamaq asan deyil. İkinci hissə daha çox qol vura bilərdik. Komandamın çıxışından razıyam, ancaq hələ yolun yarısındayıq.
Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi. Onların “Bavariya”ya qarşı nələr etdiklərini gördük və buna görə oyunun tempini aşağı saxladıq. PSJ mövqe oyunu baxımından bizdən qat-qat güclüdür. Futbolçularım matçdan sonra qələbəni qeyd etmədilər və sakit qaldılar. Çünki iki oyunluq mərhələdir və hər şey ola bilər”.
“Mançester Siti” PSJ-ni səfərdə 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı mayın 4-də keçiriləcək.