Dünən baş tutan "Zirə" və "Keşlə" komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunununda matçın idarə edən baş hakim Elçin Məsiyev AFFA nümayəndəsi Seymur Səlimliyə müraciət edib. Referi AFFA nümayəndəsindən əlavə vaxtın fasiləsində təhlükəsizlik xidmətinin əməkdaşlarının oyun bitən kimi stadiona gəlməsini istəyib. S. Səlimli isə öz növbəsində hakimin narahat olmamasını bildirib.
Dünən baş verənlərlə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Unikal.org-a açıqlamasında meydança daxilində heç bir insident yaşanmadığını deyib:
"Oyunun 85-ci dəqiqəsində emosiyalar yüksəlmişdi. Bu səbəbdən də hakim təhlükəsizlyin təmin olunması üçün AFFA nümayəndəsinə yaxınlaşaraq belə bir tələb irəli sürüb.
Oyun hakiminin bu cür tələb irəli sürmək üçün səlahiyyəti var. O, paltardəyişmə otağına qədər belə tələb irəli sürmə ixtiyarına sahibdir. Meydan daxilində heç bir insident yaşanmamışdı. Dəqiq qərarı gələn həftə AFFA-nın İntizam komitəsi veriləcək".
Qeyd edək ki, ilk oyunda öz meydanında (1:2) məğlub olmasına baxmayaraq, cavab görüşündə 3:2 hesab ilə qələbə qazanan “Keşlə” səfərdə daha çox qol vurduğu üçün finala yüksəlib. Sənan Qurbanovun komandası mayın 24-də həlledici görüşdə “Sumqayıt”la qarşılaşacaq.
Aygün İlqarqızı