Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində finalçılar müəyyənləşib.

Unikal.org xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan Məmmədyarov ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin burada 1:2 hesabı ilə məğlub olan Məmmədyarov finala çıxa bilməyib.

Həlledici oyunlara vəsiqə qazanan Nakamuranın rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.