Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyunun gününün ilk partiyası başa çatıb.

Unikal.org xəbər verir ki, qarşılaşma 54-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Qara fiqurlarla oynayan azərbaycanlı qrossmeysterin hücumları qarşısında Aronyan təslim olub.