Amerikalı tennisçi Qeyl Folkenberq karyerasını növbəti dəfə bərpa edir.

Unikal.org-un məlumatına görə, 74 yaşlı xanım İTF bayrağı altında Floridada təşkil olunacaq yarışın təsnifat mərhələsində gücünü sınayacaq.

O, dünyanın 796-cı raketi Tifani Fike ilə üz-üzə gələcək. Folkenberqin ən yaxşı nəticəsi ötən əsrin 80-ci illərində reytinqdə 343-cü pilləyə qalxmaq olub.

Qarşıdakı görüş tennisçinin 2018-ci ilin aprelindən sonra ilk sınağı olacaq. İlk dəfə karyerasını 1999-cu ildə, 52 yaşında bitirən Qeyl 2011-ci ildə İTF turnirlərinə qayıdıb. Həmin vaxtdan karyerasını bir neçə dəfə dayandıran və sonra bərpa edən Folkenberq 43 maçtda yalnız bir qələbə qazanıb.