Fransada mövsümün futbolçusu adına namizədlər müəyyənləşib.

Unikal.org xəbər verir ki, Liqa1-də fərqlənən 5 futbolçu bu mükafata iddia edir.

Namizədlərdən ikisi PSJ-də çıxış edən Neymar və Kilian Mbappedir. Onlarla yanaşı, “Monako”nun pleymeykeri Vissam Ben Yedder, “Lion”un hücumçusu Memfis Depay və “Lill”in qolçusu Burak Yılmaz da ilin futbolçusu adına namizəddir.

Qeyd edək ki, Liqa1-də sona 2 tur qalmış “Lill” 79 xalla turnir cədvəlinə başçılıq edir. Çempionatın bombardirlər yarışında isə Kilian Mbappe 25 qolla zirvədədir.