Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Unikal.org xəbər verir ki, eyni saatda start götürən son 3 matçın ikisində meydan sahibləri, birində qonaqlar qələbə qazanıblar.

Lider "Qarabağ" "Azərsun Arena"da "Keşlə"ni 2 cavabsız qolla məğlub edib. Qolları 47-ci dəqiqədə Mahir Emreli, 74-cü dəqiqədə Kvabena Ovusu vurublar. Emreli 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.

İkinci pillədə qərarlaşan "Neftçi" Sumqayıtda eyniadlı komandaya minimal hesabla qalib gəlib. Yeganə qola ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Voyislav Stankoviç imza atıb.

"Zirə" isə evdə "Səbail" üzərində 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Ağabala Ramazanov komandasını önə çıxarıb. 6 dəqiqə sonra isə Nemanya Ancelkoviç 2-ci topu rəqibin qapısından keçirib.