“Lion”un hücumçusu Memfis Depay karyerasını İspaniyada davam etdirəcək.
Unikal.org “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, Niderland millisinin forvardı “Barselona” ilə anlaşıb.
Danışıqların yalnız son detalları müzakirə olunacaq. Hətta baş məşqçi Ronald Kuman postunda qalacağı təqdirdə, 27 yaşlı futbolçu maliyyə tələblərini azaltmağa da hazırdır. Depayın “Lion”la müqavilə müddəti iyulun 1-nə qədər olduğundan, bu keçid kataloniyalılara havayı başa gələcək.
Qeyd edək ki, Memfis Depay cari mövsüm Fransa çempionatında 35 oyunda 19 qol vurub.