Kişi boksçular arasında bu il Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatının vaxtı dəqiqləşib.

Unikal.org  xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyası (AIBA) məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyət gərgin olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən mundialın oktyabrın 26-dan noyabrın 6-dək təşkil edilməsi qərara alınıb.

Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. İki il sonra - 2023-cü ildə keçiriləcək mundiala isə Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.