Mauro İkardi PSJ-dən ayrılmaq istəyir.
Unikal.org xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "tvitter" səhifəsində yazıb. Qeyd olunub ki, İkardini bu addımı atmağa məcbur edən xanımı, eyni zamanda agenti olan Vanda Naranın Fransada yox, İtaliyada yaşamaq istəyidir. Məşhur qadın Parisdə yaşamaqdan məmnun deyil. Argentinalı forvardla "Yuventus" və "Milan"ın yaxından maraqlandığı deyilir.
İkardinin PSJ ilə müqaviləsinin müddəti 2024-ün yayına qədərdir.